CƏMİYYƏT


Paytaxtda və Abşeron rayonunda avtomobilləri oğurlayan şəxslər saxlanılıblar

Abşeron rayonunun Hökməli qəsəbəsində Elbrus Məmmədova məxsus “VAZ-2107” markalı nəqliyyat vasitəsi qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avtomobilin sahibi bu barədə polisə məlumat verən kimi dərhal nəqliyyat vasitəsinin axtarışlarına başlanıb. Görülən tədbirlər nəticəsində avtomobilin Suraxanı rayonunun ərazisində olduğu müəyyən edilib. Nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Tahir Atakişiyev və Heydər Əkbərov Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, Abşeron Rayon Polis İdarəsinin və Qobu polis bölməsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində tutularaq məsuliyyətə cəlb olunublar.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər Abşeron rayonundan başqa paytaxt ərazisində daha üç “VAZ-2107” və bir “BMW” markalı nəqliyyat vasitəsini oğurlayıblar.