SİYASƏT


Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləri xalqımızı Respublika Günü münasibətilə təbrik ediblər

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xaricdə yaşayan varisləri Diaspor TV vasitəsilə xalqımızı Respublika Günü münasibətilə təbrik ediblər.
AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi 28 may - Respublika Günü ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xaricdə yaşayan varisləri, yaxın və uzaq qohumları ilə əlaqə saxlayıb, onlara sevgi və sayğımızı, varisləri olduqları tarixi şəxsiyyətləri böyük ehtiramla yad etdiyimizi çatdırıblar.