CƏMİYYƏT


Daha 144 vətəndaşımız çarter reysi ilə Ankaradan Azərbaycana göndərilib

Azərbaycanın milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyədən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün iyunun 5-də Bakı-Ankara-Bakı istiqaməti üzrə daha bir çarter reysi yerinə yetirib.
AZƏRTAC xəbər verir ki, budəfəki reyslə biri körpə olmaqla 144 vətəndaşımız Azərbaycana göndərilib.