CƏMİYYƏT


“Instagram”da qeydiyyatdan keçərək narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs həbs olunub

“Instagram” sosial şəbəkəsində profil açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi Bərdə rayon sakini Sənan Ağayev saxlanılıb.