КУЛЬТУРА


Üç okeandan toplanan molyuskalar
“Rinay” malakofauna muzeyindən REPORTAJ

Bu muzeydə nümayiş olunan eksponatlar okeanın dərinliklərindən toplanıb. SSRİ-nin ilk fəxri neftçilərindən biri olan Sadıq Qarayev 1932-ci ildən dəniz və okean faunasını əks etdirən bu kolleksiyanı toplamağa başlayıb. Onun oğlu, geologiya-mineralogiya elmləri namizədi, professor Tofiq Qarayev isə atasının yolunu davam etdirərək 1986-cı ildə bu muzeyi yaradıb.