ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu imtahanlarına start verilib

Avqust ayının 14-dən müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilib.İmtahanların ilk günündə fizika və fransız dili müəllimi olmaq istəyən namizədlər iştirak edib. İmtahanlar ümumilikdə 18 gün davam edəcək. Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub.