CƏMİYYƏT


Baş Prokurorluğun “Instagram”dakı səhifəsində sual-cavab sessiyası keçirilib

Avqustun 21-də saat 09:00-dan 15:00-dək Baş Prokurorluğun “İnstagram” sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilib.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.Sessiya zamanı 107 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.