CƏMİYYƏT


Heydər Əliyev Fondunun dəstəyi ilə eşitmə qüsurlu şəxslər üzərində koxlear implantasiya əməliyyatlarına başlanılıb

Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup eşitmə qüsuru olan şəxs üzərində koxlear implantasiya əməliyyatının aparılmasına başlanılıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, layihə ümumilikdə 90 nəfərədək şəxsi əhatə edəcək. Anadangəlmə və qazanılmış eşitmə qüsurlu bu şəxslər əksəriyyəti uşaqlar olmaqla müxtəlif yaş kateqoriyalarındadır.Qeyd edək ki, koxlear implant mürəkkəb tibbi elektron qurğudur, anadangəlmə və qazanılmış eşitmə qüsuru olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə qüsurlu şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir, sonrakı mərhələdə isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır.