CƏMİYYƏT


Avropa İttifaqı və ÜST koronaviruslu xəstələrin müalicəsində istifadə olunan avadanlıqları Səhiyyə Nazirliyinə təhvil verib

Sentyabrın 7-də Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-lu ağır xəstələrin müalicəsinə kömək məqsədilə 129 oksigen konsentratoru və 60 pulsoksimetr Azərbaycanın Səhiyyə Nazirliyinə təhvil verib.AZƏRTAC xəbər verir ki, bu tibbi ləvazimatlar Aİ-nin maliyyə dəstəyi ilə ÜST-nin Avropa Regional Ofisi tərəfindən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.