DÜNYA


Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb

Türkiyənin cənub-şərqindəki Bitlis vilayətində “İldırım 12” antiterror əməliyyatı başlayıb. Antiterror əməliyyatında jandarm və polis xüsusi qüvvələrindən 747 hərbçi iştirak edir.Qeyd olunur ki, bu əməliyyat iyulun 13-dən başlamış “İldırım” əməliyyatlarının 12-ci mərhələsidir. Bu günədək keçirilmiş 11 əməliyyat çərçivəsində 71 terrorçu zərərsizləşdirilib. Bundan başqa, 38 nəfər saxlanılıb, 140-dan çox silah-sursat anbarı məhv edilib.