DÜNYA


Fransada hökumət əleyhinə aksiyalar keçirilir

Parisdə bir çox həmkarlar ittifaqının çağırışı ilə yüzlərlə fəal meydanlara toplaşıb. Onlar prezident Emmanuel Makronun və hökumətin iqtsadi-sosial siyasəti nəticəsində koronavirus pandemiyası dövründə bir sıra sahələrdə çalışanların işdən azad edilmələrinə etirazlarını bildiriblər. Hökumətin belə çətin bir dönəmdə şirkətlərə və işdən çıxarılanlara dəstək göstərməli olduğunu bildirən etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.Mitinqlər Parislə yanaşı, Marsel, Lion və Bordeauxda da təşkil edilib.