İDMAN


Azad Rəhimov: Fitnes zallarının açılması ilə bağlı Operativ Qərargahla müzakirələr gedir

Gənclər və İdman naziri Azad Rəhimov bugünkü brifinqdə fərqli idman növləri üzrə ölkədaxili yarışların təşkilinin nəzərdə tutulduğunu bildirib. O, bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha xüsusi proqram təqdim etdiklərini vurğulayıb. Azad Rəhimov fitnes zallarının açılması üçün müzakirələrin aparıldığını qeyd edib.