İQTİSADİYYAT


Anar Nəcəfli: Pitstoplar parklanma ərazilərinin ölçülərinə görə fərqlənəcəklər

Azərbaycanda yeni yol infrastrukturu layihəsi həyata keçirilir. Pitstoplar adlı layihə 2 il əvvəl başlayıb. Sözügedən dayanacaqlar qonşu ölkələr-İran, Rusiya, eləcə də Qazax və Balakən yolu üzərində Gürcüstan istiqamətində yerləşəcək. Pitstopların sayı ümumilikdə 50 ədəd olacaq. Pitstoplarda istirahət, qidalanma və turistik məlumatlandırma yerləri nəzərdə tutulub. Qeyd edək ki, Pitstoplar F-1 yarışlarında bolidlərin finişə uğurlu şəkildə çatması üçün istifadə olunur. Adi vətəndaşlar üçün isə ilk dəfə ABŞ-da pitstoplar tikilib. Belə məkanlar uzun məsafə qət edən sürücülər və turistlər üçün nəzərdə tutulub. Avropanın və Asiyanın inkişaf etmiş ölkələrində də analoji məkanlar fəaliyyət göstərirlər.