CƏMİYYƏT


Düşmən mülki şəxsləri hədəfə almaqda davam edir

Sentyabrın 28-də səhər saat 7 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlər ağır artilleriyadan intensiv atəşə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərinin artileriyadan atəşə tutulması nəticəsində şəhər sakini Mehman Əliyev həlak olub. Həmçinin şəhər sakini Tural İbrahimov və təcili tibbi yardım maşınının sürücüsü Qənbər Əsədov yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.