MÜSAHİBƏ


Fərid Mansurov: Biz öz torpaqlarımız uğrunda mübarizə aparırıq

Biz öz torpaqlarımız uğrunda mübarizə aparırıq. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Afina Yay Olimpiya Oyunlarının qalibi, yunan-roma güləşçisi Fərid Mansurov bildirib. Hazırda Gənclər və İdman Nazirliyində İdman şöbəsinin müdiri vəzifəsində çalışan veteran idmançı cəbhə xəttində vuruşan əsgərlərimizə dəyanətli və güclü olmağı arzulayıb. Olimpiya çempionu Ali Baş Komandanın əmri ilə hər bir idmançının Vətən uğrunda döyüşməyə hazır olduğunu deyib.