CƏMİYYƏT


® “Gücümüz həmrəyliyimizdir” devizi altında başladılan layihənin qeydiyyat vaxtı oktyabrın 20-dək uzadılıb

“Azərbaycan Diplomatiya Mərkəzi” 2018-ci ildən fəaliyyət göstərir. Mərkəz iki illik fəaliyyəti müddətində müxtəlif sosial layihələr həyata keçirib. Hazırda dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyası ilə mübarizə davam edir. Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə “Biz birlikdə güclüyük” devizi altında aksiya təşkil olundu. Bu aksiyada biz də iştirak etdik. Belə xeyirxah təşəbbüslərin davamı olaraq Azərbaycan Diplomatiya Mərkəzi də bu çətin dövrdə öz üzərinə ağır və məsuliyyətli iş götürüb.