SİYASƏT


Ermənilərin mülki əhalini atəşə tutması faktları ilə bağlı 5 cinayət işi başlanıb

27 sentyabr tarixində erməni hərbi birləşmələrinin silahlarından açılan mərmi Naftalan ərazisinə düşüb. Mərminin partlaması nəticəsində evə 100 min manat məbləğində ziyan dəyib. Həmin faktlar əsasında Goranboy rayon prokurorluğunda bir neçə maddə ilə cinayət işi başlanıb.
AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə keçirdiyi brifinqdə Baş Prokurorluğun mətbuat katibi Nərmin Səlimzadə deyib.