ELM VƏ TƏHSİL


Sabahdan Bakı, Sumqayıt və Abşeronda bağçalar fəaliyyətə başlayacaq

1 oktyabr tarixindən Bakı, Sumqayıt və Abşeron rayonunda bağçalar fəaliyyətə başlayacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bağçaların fəaliyyəti həftədə 5 dəfə olmaqla təşkil ediləcək: "Burada heç bir distant təhsil formasından söhbət gedə bilməz".