CƏMİYYƏT


“Xalqımız əmin olsun ki, bir qarış torpağımızı da düşmən tapdağı altında qoymayacağıq” - AZƏRTAC cəbhənin ön xəttindən xəbər verir

Torpaqlarımızın işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatı davam edir. Erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikalarının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin işğaldan azad olunması xalqımızda, ordumuzda böyük ruh yüksəkliyi yaradıb.