CƏMİYYƏT


Ermənilər Cocuq Mərcanlını aviasiya zərbələri ilə atəşə tutub

Ermənistanın təxribatı nəticəsində sentyabrın 27-dən başlayan döyüşlər zamanı mülki şəxsləri hədəfə alan düşmən Cocuq Mərcanlı kəndində dinc əhalini yenidən atəşə tutub. Kəndin ağır artilleriya atəşinə tutulması nəticəsində onlarla ev dağıntıya məruz qalıb.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, hətta kəndə aviasiya zərbələri də endirilib. Mərmilərdən birinin təsirindən diametri 7 metrə çatan çuxur yaranıb.