CƏMİYYƏT


FHN: Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində bir sıra rayonlarda yanğınlar baş verib

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Füzuli rayonunda vətəndaşa məxsus fərdi evin konstruksiyaları alovlanıb. FHN-in əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yaxınlıqdakı tikililəri yanğından mühafizə edib.Bərdə rayonuna mərmi düşməsi nəticəsində vətəndaşa məxsus fərdi evin dam örtüyü və bir otağın konstruksiyaları qismən yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.Ağdam rayonuna düşmüş mərmi vətəndaşa məxsus təsərrüfat obyektində yanğına səbəb olub. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı ev yanğından mühafizə edilib.Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.