Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncənin dini icmaları Ermənistan ordusunun dinc əhalini və dini məbədləri atəşə tutmasını pisləyiblər

14.10.2020 [18:25]

Xəbərin mətni

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin iereyi Varfolomey Denis Sotnikov və Gəncə Yəhudi Dini İcmasının sədr müavini Anar Məmmədov oktyabrın 14-də Gəncədə birgə brifinq keçiriblər.