CƏMİYYƏT


Yaqut Qarayeva: Hazırda ən qaynar bölgələrdə TƏBİB-in xüsusi işçi qrupu fəaliyyət göstərir

Sentyabrın 28-dən başlayaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin üzvləri başda olmaqla və xüsusi işçi qrupları cəbhə bölgəsindədir. Düşmən tərəfindən durmadan atəşə məruz qalan bölgələrdə, şəhərlərdə bütün xəstəxanalar fəaliyyət götərməkdədir. Bütün xəstəxanalarda həm Bakıdan ezam olunan, həm də könüllü şəkildə xidmət göstərmək üçün gedən həkim və tibb işçiləri, tibb bacıları var. Onlar canla-başla əsgərlərimizin qulluğunda durmağa hazırdırlar.