CƏMİYYƏT


Ordumuzla bağlı video, foto və məlumatların yayılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur

Azərbaycan Respublikasının Baş Prokurorluğu mövcud müharibə vəziyyətini nəzərə alaraq, sosial şəbəkə istifadəçilərinə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin bununla bağlı hazırladığı və ictimaiyyətə təqdim etdiyi videoçarxda Azərbaycan Ordusunun əməliyyatlarına dair video, fotoşəkil və informasiyaların paylaşılmamasının yolverilməz olduğu bildirilib. Qeyd edilib ki, bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatı üçün təhlükə yaradır.
Baş Prokurorluq diqqətə çatdırıb ki, bu kimi hərəkələr qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.