CƏMİYYƏT


Əliyevlər ailəsinin ən böyük arzusu tezliklə doğma Füzuliyə – işğaldan azad olunmuş Qərvəndə qayıtmaqdır

Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistan ordusunun təxribatlarına Azərbaycan Ordusunun tutarlı cavabı – düşmənin xeyli sayda canlı qüvvəsinin məhvi, hərbi texnikasının darmadağın edilməsi və qənimət kimi götürülməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsinin işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Füzuli rayonu və 30-a yaxın kəndinin, o cümlədən kənd Horadizin azad edilməsi hamımızın, xüsusən füzulililərin böyük sevincinə səbəb olub.