CƏMİYYƏT


Bərdə şəhərinə raket atəşi nəticəsində həlak olan azərbaycanlı mülki şəxslərin xatirəsi İspaniyada anılıb

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində mülki əhaliyə qarşı törədilmiş müharibə cinayəti ilə əlaqədar ölkəmizin İspaniyadakı səfirliyinin binası qarşısında xatirə guşəsi yaradılıb.AZƏRTAC xəbər verir ki, guşədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə mülki şəxslərin məqsədli şəkildə hədəfə alınması nəticəsində həlak olan insanların fotoları, Ermənistanın törətdiyi növbəti müharibə cinayətinin fəsadlarına dair müxtəlif materiallar, infoqram və məlumatlar nümayiş etdirilib.