CƏMİYYƏT


Gənclər Təşkilatları Milli Şurasının əməkdaşları Gəncədə erməni terrorunun izləri ilə tanış olublar

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) əməkdaşları noyabrın 11-də Gəncəyə səfər ediblər.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar.