CƏMİYYƏT


Beynəlxalq Türk Akademiyasının nümayəndə heyəti Gəncədə Ermənistanın törətdiyi müharibə cinayətinin izləri ilə tanış olub

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlinin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 19-da Gəncəyə gəlib.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyəti Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.