SİYASƏT


Türkiyənin Milli Müdafiə Nazirliyi:Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri darmadağın edib

Mülki yaşayış məntəqələrini ballistik raketlərlə hədəf alan Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri darmadağın edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: "Mülki yaşayış məntəqələrini ballistik raketlərlə hədəf alan, gecə körpələri yatdıqları yerdə qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri darmadağın edib. Şəhər məscidindəki ilk Azanla Ağdamı yaşanacaq bir yer halına gətirmək üzrə səylər də yenidən başlayıb".