İDMAN


Maradona dəfn edildi

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona Buenos-Ayres yaxınlığında dəfn edilib.
Mərasimi “Todo Noticias” telekanalı canlı yayımlayıb.
Maradonanın məzarı özəl Bella Vista qəbiristanlığında, valideynlərinin yanındadır.
Qeyd edək ki, Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Argentina hökuməti onun ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan edib.