CƏMİYYƏT


Qusar və Xaçmazda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün fərdi evlər tikilib

Noyabrın 30-da Qusar və Xaçmaz rayonlarında şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən 13 fərdi ev sahiblərinə təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, evlərin təqdim edilməsi mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov çıxış edərək bildirib ki, bu gün respublika üzrə ümumilikdə 107 şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzil və fərdi evlə təmin olunub.