CƏMİYYƏT


Fərdi Məşğulluq Proqramı nədir?

Son günlər sosial şəbəkə səhifələrinə Fərdi Məşğulluq Proqramının tərtib edilməsi ilə əlaqədar mesaj alan vətəndaşlar tərəfindən suallar ünvanlanır. Məsələyə bir daha aydınlıq gətirmək üçün bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz kimi qeydiyyatdan keçən şəxs üçün fərdi məşğulluq proqramının və onun icrasına dair hesabat formasının həmin şəxsə təqdim edilməsi prosesi elektronlaşdırılıb.