SİYASƏT


Euronews: Laçın rayonuna qayıdış

Euronews telekanalı Laçın rayonunun Azərbaycana qaytarılması ilə bağlı reportaj yayımlayıb.
Reportajda qeyd olunur ki, Azərbaycan qoşunları Laçın rayonuna daxil olublar və bu, üçtərəfli atəşkəs bəyanatı çərçivəsində nəzarətin Azərbaycana keçdiyi son bölgədir.
Hərbçilərlə birlikdə bu yerləri üç onillik əvvəl tərk etmək məcburiyyətində qalanlar da daxil olmaqla yüzlərlə mülki şəxs də buraya gəlib. Azərbaycanlılar birinci Qarabağ müharibəsində çox bədbəxtliklərin şahidi olublar. İndi isə onlar öz torpaqlarına qayıdırlar.