CƏMİYYƏT


Yoluxma saylarını azaltmaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var

Koronavirus insanların toplu halda toplanmasını xoşlayır. O, kütləvi yerlərdə insanları yoluxduraraq xəstəliyin geniş yayılmasına səbəb olur. Ona görə də sərt tədbirlərə ehtiyac var. Çalışmaq lazımdır ki, sıx toplanma hallarının qarşısı alınsın. Nə zaman sərt tədbirlər görülərsə, yayılmanın qarşısı o zaman alınacaq.
AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru Adil Allahverdiyev deyib.