CƏMİYYƏT


Polis əməkdaşları Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktiki tədbirləri gücləndiriblər

Paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhərində də polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsi ilə şəhərin hər bir küçə və prospektində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.