CƏMİYYƏT


Sərtləşdirilmiş karantin rejimi çarpayı fondunda yerlərin boşalmasına, hətta reanimasiyada olan çarpayıların boşalmasına səbəb olub

Sərt karantin rejiminin tətbiqindən əvvəl və sonra rəqəmlərdəki azalma nəzərə çarpır. Belə ki, dekabrın 14-dən 20-dək olan həftədə 26 min 214 yeni yoluxma halı olub. Yanvarın 4-dən 10-dək Azərbaycanda 4386 nəfər koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.