CƏMİYYƏT


Bakıda və Abşeron yarımadasında qar yağacaq, çovğun olacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvarın 19-u axşamdan başlayaraq yanvarın 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək.