SİYASƏT


20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib.    
Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub.