MƏDƏNİYYƏT


20 Yanvar sadəcə faciə gecəsi olmadı -Milli Qürur gecəsi oldu

Sumqayıt Dövlət Dram Teatrı 20 Yanvar şəhidlərinin xatirəsinə xitabən hazırladığı video-çarxı təqdim edib.Milli mücadilə yolunda qarşımıza çıxan sədlər, önümüzə atılan maneələr, Azadlıq ruhumuza açılan nagahdan güllələr, qəsdimizə durmuş əngəllər! Qorxunu gözümüzdən ürəyimizə qədər ötürmək istədilər.Fəqət anlamadılar ki, Türkü mübarizə qorxutmaz, əksinə mətinləşdirər. 20 Yanvar sadəcə faciə gecəsi olmadı. Milli Qürur gecəsi oldu. Və gördülər ki, Moskvada, imperiyanın mərkəzində belə millətinə sahib çıxan Liderimiz haqq səsimizi dünyaya bəyan edir.Bu gün qələbə zirvəsindən geri boylananda, şərəfli mübarizəni göz önünə gətirəndə bir daha əmin oluruq ki, 20 Yanvarda tökülən qanla Azadlıq ağacları suvarıldı.AZƏRTAC Sumqayıt Dövlət Dram Teatrın hazırladığı videoşaexı təqdim edir:ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ !

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır