CƏMİYYƏT


Qarabağın ən səfalı yerlərindən olan Abdal və Gülablı kəndləri

Abdal və Gülablı kəndləri Qarabağın ən səfalı yaşayış məskənlərindəndir. Ağdam şəhərindən 18 kilometr məsafədə Qarabağ silsiləsinin şimal ətəklərində yerləşən bu kəndlərin adları həmişə qoşa çəkilib.
Abdal və Gülablı kəndləri yaz-yay fəsillərində olduğu kimi, qış mənzərələri ilə də göz oxşayır.