CƏMİYYƏT


“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib

2021-ci ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən, kompleks yenidənqurma və tikinti işlərinə start verilib. Məhz bu çərçivədə Ağstafa rayonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci km-dən götürür. II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 km təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır