DÜNYA


“Apple” smartfonların satış həcminə görə “Samsung”u ötüb

"Apple" son 4 ildə ilk dəfə rüb ərzində smartfonların satış həcminə görə "Samsung"u ötüb.AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, 2020-ci ilin dördüncü rübündə "Apple"ın satış həcmi illik hesablama üzrə 14,9 faiz artıb. Eyni zamanda, ABŞ korporasiyasının əsas rəqiblərindən biri olan "Samsung" şirkətində telefonların tədarük həcmi 11,8 faiz azalıb. Ötən il "Apple" şirkətinin bazar payı 3,3 faiz artıb, halbuki "Samsung"un satış həcmi 14,6 faiz azalıb."Samsung" şirkəti qlobal bazarda güclü rəqabətlə üzləşib. Çin şirkətlərinin ("Xiaomi", "Oppo" və "Vivo") güclü rəqabəti nəticəsində Cənubi Koreya korporasiyasının bazar payı azalıb. Lakin bütün bunlara baxmayaraq, Cənubi Koreya şirkəti qlobal smartfon bazarında liderliyini qoruyub saxlaya bilib.