DÜNYA


Sürücüsüz robot taksilər Çin küçələrində sınaqdan keçirilib

Çinin Shenzhen şəhərində sınaqdan keçirilən “robot taksilər” içəridən və ya xaricdən insan sürücü dəstəyi olmadan yola çıxan ilk tam avtonom vasitə olub.
Dünyanın bir çox ölkəsində tamamilə avtonom rejimdə çalışacaq nəqliyyat vasitələrinin inkişafı üçün bir çox layihə həyata keçirilir. Çində yerləşən bir şirkət bu xəyalını reallaşdırmaq üçün çox əhəmiyyətli bir addım atıb. Belə ki, Çində yerləşən AutoX adlı şirkət, Shenzhen şəhərində insansız avtomobilləri sınaqdan keçirməyə başlayıb. AutoX-ın ölkədə bu uğura nail olan ilk şirkət olduğu xüsusilə vurğulanıb.