DÜNYA


NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb

NASA-nın əvvəlcə aprelin 11-də həyata keçirməyi nəzərdə tutduğu “Ingenuity” helikopterinin Mars planetində ilk uçuşu indi bazar ertəsi gününə planlaşdırılır.AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, helikopter-dronun ilk uçuşu ABŞ-ın Şərq sahili vaxtı ilə saat 3:30-da (Bakı vaxtı ilə 11:30) nəzərdə tutulur. Bu barədə məlumat Yerə uçuş başa çatdıqdan bir neçə saat sonra yetişəcək.Bu, tarixdə Yer kürəsi hüdudlarından kənarda ilk uçuş olacaq.