CƏMİYYƏT


Sabah 30 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq.