ELM VƏ TƏHSİL


Birinci sinfə şagird qəbulu üzrə elektron portal yenidən akivləşdirilib

2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib ki, birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bu gün saat 09:00-dan etibarən yenidən akivləşdirilib. Xatırladaq ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Elektron portal bayram günlərində fəaliyyətini müvəqqəti olaraq dayandırmışdı.