CƏMİYYƏT


Sabah güclü külək əsəcək

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 18-də Bakıda və Abşeron yarımadasında gündüz şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın şimal və qərb rayonlarında mayın 18-i gündüz əsasən şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.