MƏDƏNİYYƏT


Bu gün Beynəlxalq muzeylər günüdür

Beynəlxalq muzeylər günü 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Milli Azərbaycan tarixi muzeyində 44 günlük Vətən müharibəsində düşmən ordusu Azərbaycan ordusuna qarşı yox, məhz dinc əhaliyə qarşı torətdikləri terror aktlarının görüntüləri öz əksini tapıb. Həmçinin qalib Azərbaycan ordusunun hərbçilərinin geyim formaları, Vətən uğrunda şəhid olan hərbçəlrimizə aid şəxsi əşyaları da tarix muzeyində görmək olar. Qeyd edək ki, 30 ilə yaxın idi Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayırdı. Lakin Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Xatırladaq ki, Vətən müharibəsində qalib ordumuzun düşməndən əldə etdiyi hərbi texnikalar, tanklar, toplar, eləcədə silah-sursatlar Xəzərin sahilində Hərbi Qənimətlər parkında nümayiş etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır