CƏMİYYƏT


Sabah 29 dərəcəyədək isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.