İDMAN


Bakıda futbol həyəcanı

Bu gün Bakıda xüsusi futbol əhval-ruhiyyəsi var, çünki dünən start götürən futbol üzrə sayca 16-cı Avropa çempionatının növbəti Uels-İsveçrə görüşü Bakı Olimpiya Stadionunda olacaq. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşma olduğu üçün futbol həvəskarlarının xüsusi marağı hiss olunur.